Karbon qazı
Karbon qazı CO2 ,karbon(IV) oksid, karbon dioksid.
== Fiziki xassələri ==
Rəngsiz, iysiz qazdır. Havadan ağırdır. Yanmır və yanmanın qarşısını alır.
Atmosfer təzyiqdə -78,5 °C-dən aşağı temperaturda karbon qazı mayeləşmədən birbaşa bərk hala keçir. Ona görə də "quru buz" adlanır.
== Alınması ==
=== Sənayedə: ===
Təbii mineralların parçalanmasından:
CaCO3 □(→┴t ) CaO + CO2
Təbii qazın yandırılmasından:
CH4 + 2O2 → CO2 + 2H2O
Laboratoriyada karbonat turşusunun duzlarına qüvvətli turşularla təsir etməklə alınır
Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O
== Kimyəvi xassələri ==
CO2 − karbonat turşusunun anhidrididir. Turşu oksidlərinin ümumi xassələrini göstərir:
CO2+ H2O↔ H2CO3
Na2O + CO2→Na2CO3
2NaOH + CO2 → Na2CO3 H2O
Karbon qazını əhəng suyu ilə təyin edirlər:
Ca(OH)2 + CO2 → CaCO3 +H2O
Karbon qazı ammonyakla karbamid əmələ gətirir:
CO2 + 2NH3 □(→┴t ) CO(NH2)2 + H2O
Oksidləşdirici kimi kömür və magneziumla reaksiyaya daxil olur:
CO2 + C □(→┴t ) 2CO
CO2 + 2Mg □(→┴t ) 2 MgO + C
Təbiətdə bitkilərin yaşıl yarpaqlarında(xlorofildə) fermentlərin iştirakı ilə havada olan karbon qazı və torpaqdan udulmuş su hesabına fotosintez prosesi gedir, qlükoza sintez olunur:
6CO2 + 6 H2O □(→┴hϑ ) C6H12O6 + 6O2
== Toksikliyi ==
Zəhərli qaz deyil, amma havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur.Tərkibində 1,5-3% CO2 olan hava ilə uzun müddət ( bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, CO2 6%-dən çox olduqda isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır..
== Tətbiqi ==
Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.